Subaşiç AFFA-ya hesabat verdi
17.10.2008 - 14:24
Bakı. Mehman Süleymanov - APA-Sport. Branimir Subaşiç Azərbaycan milli komandasının haqqında yayılan məlumatlarla bağlı AFFA-ya hesabat verib. “APA-Sport”un məlumatına görə, assosiasiyanın rəsmi saytına açıqlama verən 26 yaşlı milliləşən serbiyalı hücumçu yığmamızdan imtina barədə informasiyaların həqiqətəuyğun olmadığını söyləyib. Subaşiç bildirib ki, onun fikirləri təhrif olunub: “Mən yığmadan imtina etməmişəm. Heç belə fikrim də yoxdur. Azərbaycan mənim ikinci vətənimdir”.
Qeyd edək ki, Branimirin imtinası ilə bağlı xəbərlər çıxış etdiyi Belqradın “Srvena Zvezda” klubunun rəsmi saytında yer alıb.
Qeyd edək ki, Branimirin imtinası ilə bağlı xəbərlər çıxış etdiyi Belqradın “Srvena Zvezda” klubunun rəsmi saytında yer alıb.
0
0