“Bəhreyndə futbol yox, voleybol oynadım”
17.10.2008 - 14:31
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bəhreyn – Azərbaycan qarşılaşmasını ehtiyat oyunçular skamyasından izlədim. Oyun çox gülünc idi. Bəhreyndən mənə yalnız bir şey qaldı. 40 dərəcə istidə çimərliyə yollanıb voleybol oynayarkən belimi yandırdım”. “APA-Sport”un məlumatına görə, bu sözləri Serbiyanın “Srvena Zvezda” klubunun hücumçusu Branimir Subaşiç deyib.
Vətənində Azərbaycan milli komandasından imtina etməsinin səbəblərini izah edən 26 yaşlı hücumçu verdiyi çoxsaylı açıqlamalarının birində “Srvena Zvezda”nın heyətinə düşməyində rolu olan “Neftçi”yə görə ölkəmizə mənəvi borcunun olmadığını bildirib: “Mən onlara söz vermişdim. Buna əməl edərək yığmaya bacardığım qədər faydalı oldum. Son toplanışda yığmanın düşərgəsinə yorğun vəziyyətdə çatmışdım. Buna baxmayaraq, ilk gündə komanda ilə birlikdə iki dəfə məşq etməli oldum. Bu məşqlərin birini buraxmaq istəyəndə isə Foqts məni yanına çağırıb sərt danışdı. Ümumiyyətlə, almaniyalının məşqçi fəlsəfəsi çox qəribədir. Həmişə heyətdə yeddi müdafiəçiyə yer verir. Belə oynamaqda bir məqsəd görmürəm. Mənə güvəndikləri üçün onlara təşəkkür edirəm və uğurlar arzulayıram”.

0
0