Ziko “Fənərbaxça”nı dağıdır
17.10.2008 - 14:41
Bakı - APA-Sport. “Fənərbaxça”nın iki braziliyalı legioneri dövrələrarası fasilədə komandanı tərk edə bilərlər. “APA-Sport”un məlumatına görə, İstanbul təmsilçisinin keçmiş baş məşqçisi, hazırda Özbəkistanın “Bunyodkor” klubunu çalışdıran Artur Ziko həmyerliləri Roberto Karlosla Aleks de Souzaya dəvət göndərib.
Futbolçular Zikonun təklifinə konkret cavab verməsələr də, yanvarda bu məsələni nəzərdən keçirəcəklərini bildiriblər. “Fənərbaxça”dan xüsusilə Karlosun ayrılacağı inandırıcı görünür. Belə ki, rəhbərlik hələ də onun mayda başa çatacaq müqaviləsinin müddətini uzatmayıb.
Qeyd edək ki, “Fənərbaxça”da iki mövsüm çalışan Ziko bir dəfə çempionluq sevinci yaşayıb. Bununla belə, rəhbərlikdən məvacibinin artırılmasını tələb edən məşqçi istefaya göndərilib.

0
0