“Rusiya yığmasını Azərbaycanla asan oyun gözləmir”
17.10.2008 - 15:32
Bakı. Mehman Süleymanov – APA-Sport. “Yığmamızın gələn il xeyli oyunu var. Qrupumuzdakı rəqiblər arasında keçmiş SSRİ təmsilçisi Azərbaycan da yer alıb”. “APA-Sport”un məlumatına görə, bunu rusiyalı futbol məşqçisi Yuri Sevidov deyib. O, SSRİ dövründə Bakının “Neftçi” klubunun baş məşqçisi olmuş Aleksandr Sevidovun oğludur.
Yuri Sevidov dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək görüşlərdən danışıb. 66 yaşlı çalışdırıcı bildirib ki, bu oyunlarda qələbə qazanmaq rusiyalılara çətin olacaq: “İndi Finlandiya üzərində qələbəyə sevinib, sadə nəticə çıxartmaq mümkündür: qrupda bütün mübarizə Rusiya ilə Almaniya arasında olacaq. Ancaq fikrimcə, bu, heç də belə deyil. Bizim hələ Uels və Finlandiya ilə cavab oyunlarımız var. Bundan əlavə, keçmiş SSRİ ölkələri ilə “isti” münasibətlərimizin olduğunu nəzərə alsaq, seçmə mərhələnin sonunda bizi Azərbaycanla heç də asan qarşılaşma gözləmir”.
Qeyd edək ki, Rusiya yığması seçmə mərhələni 2009-cu ilin oktyabrın 14-də milli komandamızla səfər oyunu ilə başa vuracaq.

0
0