Peşəkar Futbol Liqasından “Olimpik”ə rədd cavabı
17.10.2008 - 16:29
Peşəkar Futbol Liqasından “Olimpik”ə rədd cavabı
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakının “Olimpik” klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. “APA-Sport”un məlumatıma görə, “təyyarəçilər” Premyer Liqanın VIII turu çərçivəsində sabah “Qəbələ”yə qarşı ev oyununun 1 gün ertələnməsini xahiş ediblər. “Olimpik” rəsmiləri heyətin 5 üzvünün Azərbaycan milli komandasına, 1 futbolçunun Moldova yığmasına çağırılmasını, daha 3 oyunçunun zədəli olmasını əsas göstəriblər.

Lakin PFL “Olimpik”ə rədd cavabı verib. Qurum rəhbərliyi yığmamızın Bəhreynlə yoldaşlıq görüşünün VIII turla üst-üstə düşmədiyini bildirərək, müraciəti əsassız sayıb. Beləliklə, “Olimpik” - “Qəbələ” matçı qabaqcadan nəzərdə tutulduğu kimi, sabah “Şəfa” stadionunda keçiriləcək.
0