Torsten Frinqs Azərbaycanla oyunu gözləmir
17.10.2008 - 16:48
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya milli komandasının yarımmüdafiəçisi Torsten Frinqs dünya çempionatının Azərbaycanla keçiriləcək seçmə oyunlarında çıxış etməyə bilər. “APA-Sport”un məlumatına görə, 31 yaşlı futbolçu gələn il Azərbaycan yığması ilə keçiriləcək dünya çempionatının seçmə oyunlarınadək karyerasını bitirmək istəyir. “Verder” klubunda çıxış edən Frınqs milli komandadakı durumundan narazıdır. Buna onun komandanın son iki oyununda – Rusiya və Uelslə qarşılaşmalarda ehtiyatda qalması səbəb olub: “Almaniya millisindəki çıxışlarımı başa vurmaq haqda düşünürəm. Mən nəinki oynamıram, heç Uelslə matç öncəsi isinmə hərəkətləri də etməmişəm”.
Qeyd edək ki, Frinqs bu il keçirilən Avropa çempionatının gümüş mükafatçısıdır.
Qeyd edək ki, Frinqs bu il keçirilən Avropa çempionatının gümüş mükafatçısıdır.
0
0