Gerasimyuk bir daha “Neftçi”də oynamaya bilər
17.10.2008 - 17:20
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun daha bir futbolçusu cərrahiyyə əməliyyatı olunub. “APA-Sport”un məlumatına görə, kapitan Zaur Tağızadədən sonra ukraynalı Oleq Gerasimyukun da diz nahiyəsindən problemlə üzləşib. Ancaq Almaniyada olan Tağızadədən fərqli, Gerasimyuk bu məqsədlə vətəninə yollanıb. Bu gün Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunan Oleqin nə vaxt yaşıl meydana qayıdacağı bəlli deyil. Buna həkim müayinəsindən sonra qərar veriləcək. Ancaq ən yaxşı halda, Gerasimyuk üçün ilk dövrənin vaxtından əvvəl başa çatdığını demək olar. Çünki əməliyyatdan sonra bərpa prosesinə bir müddət vaxt lazımdır, ilk dövrənin bitməsinə isə ay yarım qalıb. Belə olan halda, Oleq “Neftçi”də çıxışını vaxtından əvvəl başa vura bilər. Məsələ ondadır ki, 22 yaşlı ukraynalı yarımmüdafiəçinin sağalmasına qədər isə klubla icarə müqaviləsi başa çatacaq.
Qeyd edək ki, həmyerlisi Anatoli Demyanenkonun “Neftçi”ni çalışdırdığı vaxtda, yayda Kiyevin “Dinamo” klubundan icarəyə götürülən Gerasimyukun müqaviləsi bu ilin sonuna qədərdir.
Qeyd edək ki, həmyerlisi Anatoli Demyanenkonun “Neftçi”ni çalışdırdığı vaxtda, yayda Kiyevin “Dinamo” klubundan icarəyə götürülən Gerasimyukun müqaviləsi bu ilin sonuna qədərdir.
0
0