Ümit Davala: “Hədəfdə Skibbedir”
17.10.2008 - 17:39
Bakı - APA-Sport. “Komanda rəhbərliyinin Skibbenin köməkçilərini istefaya göndərməklə nə demək istədiyini hamı yaxşı dərk edir. Baş məşqçidən xəbərsiz belə addım atmaq xoş deyil. Bəlkə də növbəti hədəf Skibbenin özüdür”. “APA-Sport”un məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında “Qalatasaray” klubunun keçmiş məşqçisi Ümit Davala söyləyib.
Futbolçular tərəfindən indi də dəstəkləndiyini deyən Davala baş məşqçi Mihael Skibbeni tərifləyib: “Futbolçular da bu xəbərdən üzüldülər. Çünki mən “Qalatasaray”a gənclərdən ibarət yığmanın baş məşqçi postunu buraxıb gəlmişdim. Məqsədim sevdiyim komandaya uzun illər xidmət etmək idi. Postunda qalan Skibbeyə uğurlar arzulayıram. O, gənc olsa da, çox savadlı və peşəkar mütəxəssisdir”.

0
0