Türkiyə mətbuatı: Terim istefa verməyə hazırlaşır
17.10.2008 - 18:15
Bakı - APA-Sport. Fatih Terim Türkiyə yığmasının baş məşqçi postundan istefa verməyə hazırlaşır. “APA-Sport”un Türkiyə mətbuatına istinadən məlumatına görə, buna federasiyanın onunla müqavilənin müddətini hələ də uzatmaması səbəb olub.
Təcrübəli mütəxəssisin federasiya ilə 2010-cu ilədək müqaviləsi mövcuddur. Amma tərəflər anlaşmanın müddətini 2012-ci ilədək uzatmaq haqda şifahi razılığa gəlmişdilər. Məsələnin rəsmiləşməsi yubansa da, federasiya bunun yaxın günlərdə yoluna qoyulacağı haqda bəyanat yayıb.
55 yaşlı mütəxəssisin isə artıq qərar verdiyi və istefasını gələn həftə mətbuat konfransında açıqlayacağı bildirilir. Terimin yeni iş yerinin müəyyənləşdiyi haqda da xəbərlər yayılıb. Belə ki, “İmperator”un yenidən “Qalatasaray”a rəhbərlik etmək ehtimalı çoxalıb. Komandanın hazırkı almaniyalı baş məşqçisi Mihael Skibbenin fəaliyyətindən narazı olan rəhbərlik onu Terimlə əvəzləməyi düşünür.
Qeyd edək ki, Terim məşqçi karyerası ərzində ən böyük uğurlara “Qalatasaray”da imza atıb. O, İstanbul təmsilçisi ilə ardıcıl dörd mövsüm Türkiyə çempionu olub və UEFA kubokunu qazanıb.

0
0