TFF Terimlə müqaviləni uzadır
18.10.2008 - 10:19
TFF Terimlə müqaviləni uzadır
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Fatih Terimin 2010-cu ilədək nəzərdə tutulan müqaviləsinin müddətini uzadacaq. “APA-Sport”un məlumatına görə, bu haqda TFF-nin rəsmi internet saytında açıqlama verilib.

Terimlə yeni müqavilənin detallarının oktyabrın 21-də federasiyanın İcraiyyə Komitəsinin yığıncağında müzakirə ediləcəyi bildirilir. 2012-ci ilədək nəzərdə tutulan müqavilə isə oktyabrın 23-də imzalanacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı “İmperator” ləqəbli mütəxəssisin yaxın günlərdə istefa verib “Qalatasaray”a keçəcəyi haqda xəbərlər yayıb.
0