Derbidə 15 000 azarkeş və 174 polis olacaq
18.10.2008 - 12:25
Bakı - APA-Sport. Oktyabrın 19-da Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək “Xəzər-Lənkəran” - “Neftçi” oyununda təhlükəsizliyi qorumaq 174 polisə tapşırılıb. “APA-Sport”un Peşəkar Futbol Liqasının rəsmi İnternet saytına istinadən məlumatına görə, asayişin təmin olunması məqsədilə matça Lənkəran Şəhər Polis Şöbəsinin bütün şəxsi heyəti cəlb edilib.
Derbiyə 15 minədək azarkeşin gələcəyi gözlənilir. Biletlərin qiyməti 1 manatdır. Artıq görüşə 1500 bilet satılıb. Qarşılaşmanın gedişində yağış yağacağı proqnozlaşdırılır. Həmin vaxt temperatur + 15-18 dərəcə, nisbi rütubət 90-100 %, atmosfer təzyiqi 760-770 mm. civə sütunu olacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” və “Neftçi” arasında matç saat 18:00-da başlanacaq.

0
0