Kocaelidə “Fənər” yandı
18.10.2008 - 22:06
Bakı - APA-Sport. Son vaxtlar xüsusilə Türkiyə Superliqasında uğursuz çıxış edən “Fənərbaxça” klubu bu gün tilsimi qırıb. “APA-Sport”un məlumatına görə, Luis Araqonesin yetirmələri ölkə çempionatının VII turu çərçivəsində “Kocaelispor”u məğlub ediblər.
Kocaeli şəhərində təşkil olunan matçın birinci hissəsində “Fənərbaxça” qapısından qol buraxıb. Ancaq fasilədən sonra “sarı-lacivərdlilər” Daniel Quiza (64-cü dəq.) və Uğur Boralın (67-ci dəq.) qolları sayəsində hesabda önə çıxıb. Tezliklə “Kocaelispor” tarazlığı bərpa edib. İstanbul klubunun köməyinə isə Semih Şəntürk çatıb. “Fənərbaxça”da 100-cü oyununu keçirən 25 yaşlı hücumçu 6-cı uzatma dəqiqəsində qələbə topunu vurub - 3:2.
Beləliklə, səfərdən 3 xalla dönən “Fənərbaxça” turnir cədvəlində 3 pillə irəliləyərək, 9 xalla 9-cu yerdə qərarlaşıb. Hesabında cəmi 1 xal olan “Kocaelispor” isə əvvəlki kimi, sonuncu - 18-ci sıradadır.

0
0