Ponomaryovun komandası böyük hesablı qələbə qazandı
19.10.2008 - 22:39
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryovun şərəfini qoruduğu İsveçin “Degerfors” klubu ölkə çempionatının 29-cu turunda böyük hesablı qələbə qazanıb. “APA-Sport”un məlumatına görə, ikinci divizonda mübarizə aparan komanda öz meydanında “İnçöpinq”in qapısından 4 cavabsız top keçirib.
Bu matçda Pnomaryov forma geyinməyib. Çox güman ki, “Degerfors”un baş məşqçisi 26 yaşlı yarımmüdafiəçinin milli komandamızın düşərgəsindən qayıtdığını nəzərə alaraq, ona istirahət verib.
Qələbə sayəsində həmyerlimizin çıxış etdiyi klub “İnçöpinq”i sıxışdıraraq, yarışın başa çatmasına bir tur qalmış 15-ci pilləyə qalxıb. “İnçöpinq” isə sonuncu, 16-cı sıraya enib. Axırıncı turda “Degerfors” minimum 1 xal qazanmalıdır. Əks təqdirdə, Ponomaryovun komandası daha aşağı diviziona yuvarlanacaq.

0
0