Roberto Karlos qələbə söz verdi
20.10.2008 - 10:25
Bakı - APA-Sport. “Çempionlar Liqasında oynamağı çox sevirəm. Azarkeşlərimizin dəstəyi ilə “Arsenal”ı gözəl oyunla məğlub edəcəyimizə inanıram”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın braziliyalı legioneri Roberto Karlos söyləyib.
Sabah İstanbulda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”la qarşılaşacaqlarını xatırladan Karlos İngiltərə təmsilçisindən çəkinmədiklərini bildirib: “Düzdür, rəqibimiz Avropanın ən güclü komandalarından biridir. Amma biz ötən mövsüm İstanbulda “Çelsi” kimi nəhəngi məğlub etməyi bacardıq. Yetərincə üzdüyümüz azarkeşlərimizi evlərinə sevincli göndərəcəyik”.

0
0