Venger türkiyəli azarkeşlərdən qorxur
20.10.2008 - 10:46
Bakı – APA-Sport. “Rəqibimiz ötənilki komanda deyil. Türkiyədə bir çox oyunda olmuşam. Meydanda yaxşı oyun göstərəndə azarkeşləri susdurmaq mümkün olur”. “APA-Sport”un məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger söyləyib.
Təcrübəli mütəxəssis komandasının sabah İstanbulda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Fənərbaxça” ilə keçirəcəyi oyundan sərfəli nəticə ilə ayrılacağına inandığını bildirib: “Bu görüşdə ciddi problemlə üzləşəcəyimizi fikirləşmirəm. Türk azarkeşlərə necə yaxşı oynadığımızı göstərəcəyik”.

0
0