“Qızıl top” mükafatına namizədlərin adları açıqlandı
20.10.2008 - 10:59
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransanın məşhur “France Football” jurnalı 2008-ci ildə Avropanın ən yaxşı futbolçusu olmağa namizədlərin adlarını açıqlayıb. “APA-Sport”un məlumatına görə, həftəlik nəşrin 30 namizədi arasına türkiyəli futbolçu düşməyib. Türkiyə yığması kimi, son Avropa çempionatının bürünc mükafatçısı olan Rusiyadan isə siyahıda iki futbolçu yer alıb. Bunlar MOİK-in yarımmüdafiəçisi Yuri Jirkovla “Zenit”in hücumçusu Andrey Arşavindir.
Digər namizədlər Serxio Aquero (Argentina, “Atletiko”), Emmanuel Adebayor (Toqo, “Arsenal”), Mihael Ballak (Almaniya, “Çelsi”), Kərim Benzema (Fransa, “Lion”), Canluicci Buffon (İtaliya, “Yuventus”), Rafael van der Vaart (Hollandiya, “Real”), Rud van Nistelroy (Hollandiya, “Real”), Edvin van der Sar (Hollandiya, “Mançester Yunayted”), Nemanya Vidiç (Serbiya, “Mançester Yunayted”), David Vilya (İspaniya, “Valensiya”), Stiven Cerrard (İngiltərə, “Liverpul”), Didye Droqba (Kot d’İvuar, “Çelsi”), Zlatan İbrahimoviç (İsveç, “İnter”), Kaka (Braziliya, “Milan”), İker Kasilyas (İspaniya, “Real”), Kriştianu Ronaldo (Portuqaliya, “Mançester Yunayted”), Frenk Lempard (İngiltərə, “Çelsi”), Lionel Messi (Argentina, “Barselona”), Pepe (Portuqaliya, “Real”), Frenk Riberi (Fransa, “Bavariya”), Ueyn Runi (İngiltərə, “Mançester Yunayted”), Markus Senna (İspaniya, “Vilyarreal”), Serxio Ramos (İspaniya, “Real”), Luka Toni (İtaliya, “Bavariya”), Sesk Fabreqas (İspaniya, “Arsenal”), Fernando Torres (İspaniya, “Liverpul”), Havi Ernandes (İspaniya, “Barselona”) və Samuel Eto’Odur (Kamerun, “Barselona”).
Siyahıda ən çox son Avropa çempionu İspaniya yığmasından futbolçu düşüb – 7 nəfər. Qitə birinciliyinin gümüş mükafatçısı Almaniya milli komandası yalnız Mixael Ballakla təmsil olunub. Namizədlər arasında Hollandiya və İngiltərədən hərəyə 3, İtaliya, Fransa, Portuqaliya, Rusiya və Argentinadan hərəyə 2, İsveç, Serbiya, Braziliya, Kamerun, Toqo, Kot d’İuvardan hərəyə 1 futbolçu var. İlin sonunda müəyyənləşəcək “Qızıl top”un sahibi milliyyətindən asılı olmayaraq, Avropada çıxış edən futbolçuya təqdim edilir.

0
0