Elmira Əliyevanı döyən futbolçu kimdir?
20.10.2008 - 11:10
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yayda transfer etmək istədiyi futbolçu qadına əl qaldırıb. “APA-Sport”un məlumatına görə, Kiyev “Dinamo”sunun Azərbaycana buraxmadığı Denis Oleynik meydandan kənarda “qəhrəmanlıq” edib.
Belə ki, klubun bazasında Artyom Milevski və soydaşımız Aleksandr Əliyevin bacısı ilə birlikdə kokteyl içən zaman xanımın əlindəki bakal Denisin üstünə düşüb və kokteyl onun şalvarına dağılıb. Bundan qəzəblənən Oleynik bir yumruqla Elmira Əliyevanın sifətini qana boyayıb. Artyomun da dava-dalaşa qoşulmasından sonra komandanın mühafizəçiləri də aranı sakitləşdirə bilməyərək milis çağırıb. Zərərçəkən xanım Oleynikin içkili olduğunu bildirib.

0
0