Bekhem “Milan”a gedir
20.10.2008 - 11:18
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur ingiltərəli futbolçu Devid Bekhem İtaliyaya yollanır. “APA-Sport”un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi son bir ildə şərəfini qoruduğu ABŞ-ın “Los-Anceles Qalaksi” klubunu məcburiyyətdən tərk edir. Belə ki, bu komanda MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Yeni mövsümün gələn ilin aprelində başladığından Bekhem həmin müddətə qədər formasını bərpa etmək üçün “Milan”da məşq etməyi qərara alıb. İtaliya klubunun vitse-prezidenti Adriano Qalliani də buna etiraz etmir: “Əgər Bekhem komandamızda məşq etmək istəyirsə, heç bir problem yoxdur”.
Qeyd edək ki, Devid ötən ilk formasını itirməmək üçün Londonun “Arsenal” klubu ilə məşq edib.
Qeyd edək ki, Devid ötən ilk formasını itirməmək üçün Londonun “Arsenal” klubu ilə məşq edib.
- "Qalatasaray" istədi, Premyer Liqa klubu aldı
- "Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək
- “El-Klassiko”lar bu tarixlərdə oynanılacaq
- Abraham “Qalatasaray” dedi, Adalı cavabladı: “Ən köklü bizik!”
- "Fənər" və "Qalatasaray" onun üçün yarışır: Ulduz futbolçunun seçimi bəllidir
0
0