Maradonanın 36 milyon avro borcu var
20.10.2008 - 11:32
Maradonanın 36 milyon avro borcu var
Bakı. Mehman Süleymanov - APA-Sport. Əfsanəvi Dieqo Maradona borc içində üzür. “APA-Sport”un məlumatına görə, 48 yaşlı veteran futbolçunun İtaliyanın dövlət xəzinəsinə 36 milyon avro borcu var. Onun 7 il “Napoli” klubunda çıxış etdiyi vaxtda ödəməli olduğu vergilər üst-üstə yığılaraq, bu rəqəmə çatıb. İtaliyanın Vergi Müfəttişliyinin nümayəndəsi bildirib ki, Dieqo vergilərin heç 0,11 faizini də ödəməyib.
0