Bakıya gəlmiş futbolçu oyunda huşunu itirdi
20.10.2008 - 11:58
Bakı - APA-Sport. “Tottenhem” klubunun futbolçusu Vedran Çorluka İngiltərə çempionatının 8-ci turunda səfərdə “Stok Siti”yə qarşı keçirilən matç zamanı huşunu itirib. “APA-Sport”un məlumatına görə, 22 yaşlı müdafiəçi oyunun 77-ci dəqiqəsində öz komanda yoldaşı, qapıçı Eurelio Qomeslə toqquşub. Qapıçının güclü diz zərbəsi Çorlukanın çənə nahiyəsindən dəyib və o, özündən gedib.
Meydandan xərəkdə çıxarılan xorvatiyalı futbolçu dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb. O, yalnız bir neçə saatdan sonra özünə gəlib. “Tottenhem” rəsmi nümayəndəsi müdafiəçinin vəziyyətinin normal olduğunu bildirib.
Qeyd edək ki, Çorluka ötən ilin yayında Zaqreb “Dinamo”sunun heyətində Bakıya da gəlib. Gənc oyunçu Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”a qarşı forma geyinib.

0
0