Xodukin: 83 oyunda 50 qələbə
20.10.2008 - 12:23
Xodukin: 83 oyunda 50 qələbə
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının VIII turunda keçirilən “İnter” – MOİK oyunu Valentin Xodukin üçün əlamətdar olub. “APA-Sport”un məlumatına görə, meydan sahiblərinin 69 yaşlı baş məşqçisi bu postda 50-ci qələbəsini qazanıb. “İnter”i 83-cü dəfə meydana çıxarmaqla, yubiley qələbəsini qeyd edən ukraynalı mütəxəssis 38 dəfə Premyer Liqa, 12 dəfə ölkə kubokunda qalib komandanın başında olub.
Yeri gəlmişkən, Xodukin Azərbaycanda qazandığı qələbələrin sayına görə əcnəbi mütəxəssislər arasında rekordçudur.


0