Anand - Kramnik: yenə heç-heçə
20.10.2008 - 12:49
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində dünya şahmat tacı uğrunda dördüncü görüş keçirilib. “APA-Sport”un məlumatına görə, planetin ən güclüsü olmağa iddiaçılar, hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnik (Rusiya) xal bölgüsünə razılaşıblar.
Ağ fiqurlarla oynayan hindistanlı qrossmeyster riskə getməyib və görüş 29-cu gedişdə “sülh”lə nəticələnib. Bu oyundan sonra Anand bir xallıq (2,5:1,5) üstünlüyünü qoruyub. Növbəti görüş bu gün keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 1,5 milyon avroya bərabərdir. Reqlamentə əsasən, oktyabrın 31-dək davam edəcək 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.

0
0