Azərbaycan çempionu Xorvatiya yolunda
20.10.2008 - 12:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan çempionu Naxçıvanın “Araz” futzal klubunun UEFA kubokunun elit mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, Böyük Hacıyevin rəhbərlik etdiyi kollektiv ilk matçına noyabrın 8-də çıxacaq. Birinci turda futzalçılarımızın rəqibi Xorvatiya “Nasional”ı olacaq.
Ertəsi gün “Araz” Rusiya çempionu “Dinamo”nu sınağa çəkəcək. Noyabrın 11-də isə komandamız “Odorheu” (Rumıniya) ilə qarşılaşacaq. “Araz”ın bütün oyunları Xorvatiyanın paytaxtı Zaqrebin “”Dom sportvo” zalında keçiriləcək.
Qeyd edək ki, qrupda ilk yeri tutacaq klub UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanacaq.

0
0