Lemann Azərbaycan yığmasını bəyənmir
20.10.2008 - 14:20
Lemann Azərbaycan yığmasını bəyənmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yens Lemann yenidən Almaniya milli komandasının formasını geyinmək haqda düşünür. “APA-Sport”un məlumatına görə, 39 yaşlı qapıçı vətənində jurnalistlərə söhbətində Bundestimdə daha bir oyun keçirmək istəyini açıqlayıb. Yerli media nümayəndələri isə onun noyabrın 19-da Almaniya və İngiltərə yığmaları arasında keçiriləcək görüşdə meydana çıxıb yığma ilə bir dəfəlik vidalaşacağını düşünür. Elə qapıçı da güclü rəqiblə oynamaq arzusundadır: “Təbii ki, buna yalnız şad olardım. Amma güclü, məsələn İtaliya kimi komanda ilə qarşılaşmada forma geyərdim. Artıq Azərbaycan və Uels kimi rəqiblərlə oyunlara həvəssiz yollanaram. Belə matçlardakı rəqiblərlə qarşılaşmaq maraqlı deyil. Heç onlardan qol da buraxmaram. Uzun müddət İngiltərədə çıxış etdiyimdən bu ölkənin yığması ilə matçda da oynamaq pis olmazdı. Təbii ki, ingilislərə qarşı Londonda oynamaq daha ürəyimcədir”.
0