AFFA səhv buraxan hakimi cəzalandırmayacaq
20.10.2008 - 16:08
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında VIII turun oyunlarını idarə edən hakimlər arasında ən aşağı balı Ceyhun Haşımov alıb. “APA-Sport”un məlumatına görə, o, “Bakılı” - “Simurq” (0:2) matçında bəzi səhvlər buraxıb. Bu səbəbdən Haşımov görüşün hakim-inspektoru Vaqif Davudov tərəfindən 7 balla qiymətləndirib.
Ancaq gənc hakim cəzalandırılmayacaq. Bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Onun sözlərinə görə, Haşımovun qiyməti 7-dən az olmadığı üçün hakim diskvalifikasiya edilə bilməz.
Mənbə: pfl.az

0
0