Türk futbolçu Lövdən cavab gözləyir
20.10.2008 - 16:26
Bakı - APA-Sport. “Verder” klubunda forma geyinən Məsut Özül seçimini müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, türk əsilli futbolçu dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Almaniyanın şərəfini qorumaq istəyir.
“Klubumda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Hazırda gənclərdən ibarət yığmanın da şərəfini qoruyuram. Əsas komandanın baş məşqçisi Yoahim Löv mənimlə əlaqə saxlasa, buna çox sevinərəm” - deyə Məsut bildirib.
Qeyd edək ki, Türkiyə yığmasının da maraq dairəsində olan 21 yaşlı istedad sentyabrda Almaniya Bundesliqasının ən yaxşı oyunçusu seçilib.

0
0