Şubina üçün seks-simvol kimdir?
06.11.2008 - 18:03
Şubina üçün seks-simvol kimdir?
Bakı. Mehman Süleymanov - APA-Sport. Ukrayna yığmasının sabiq çalışdırıcısı Oleq Bloxin bu günlərdə ad gününü qeyd edib. “APA-Sport”un məlumatına görə, hazırda Rusiyanın “Moskva” klubunu çalışdıran mütəxəssisin 56 yaşı tamam olub.
1975-ci ildə “Qızıl top” mükafatının sahibi olan Bloxini “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko da təbrik edib. Bloxinə ad günü təbriki göndərənlərdən biri də rəssam Mariya Şubinadır. O, deyib ki, səbəbkarı uşaqlıqdan tanıyır: “Mən stol altında, yanında olanda və stolun arxasında oturanda Bloxin qol vurmaqda davam edirdi. Bloxin biz qadınlar üçün büt, Ukrayna futbolunun seks simvoldur. Ona ən yaşı şeylər və uzun ömür diləyirəm”.


0