Sərgən “Beşiktaş”a qayıtdı
07.11.2008 - 13:45
Sərgən “Beşiktaş”a qayıtdı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının sabiq üzvü Sərgən Yalçın məşqçiliyə başlayıb. “APA-Sport”un məlumatına görə, ötən mövsüm futbolçu karyerasını başa vuran “super solaxay” İstanbul nəhəngi “Beşiktaş”ı çalışdıracaq.
Sərgən “Beşiktaş”ın 15 yaşlılardan ibarət komandasına baş məşqçi təyin edilib. Rəhbərlik gənc mütəxəssislə 2010-cu il mayın 31-nə kimi müqavilə bağlayıb. Amma altı aydan sonra UEFA-nın B kateqoriyalı lisenziyasına sahib olacaq Sərgən “Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizlini köməkçisi vəzifəsinə gətiriləcək.
0