Rəşad Sadıqovla Adamiyanın transfer qiyməti açıqlandı
12.12.2008 - 12:19
Rəşad Sadıqovla Adamiyanın transfer qiyməti açıqlandı
Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Rəşad Sadıqovun transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçini almaq istəyən klub 100 min avro xərcləməlidir.

Çox güman ki, Rəşadın transfer qiymətinin aşağı olması onun iki ay öncə “Neftçi”nin əvəzedici komandasına göndərilməsi ilə bağlıdır. Maraqlıdır ki, Sadıqov faydalılıq əmsalına görə geridə qoyduğu flaqmanın bəzi oyunçularından ucuz satılır. Məsələn, Zaur Tağızadəyə 400 min, Samir Əliyev və Ruslan Abbasova isə 150 min avro qiymət qoyulub.

Rəşad kimi, “Neftçi”nin əsas heyətindən qovulan və hazırda özünə yeni klub axtaran Georgi Adamiyanın da transfer qiyməti bəllidir. Gürcüstanlı yarımmüdafiəçi 125 min avro müqabilində istənilən kluba keçə bilər. Flaqmanın ən bahalı futbolçusu isə türkiyəli Suat Usta sayılır - 1 milyon avro.

Mənbə: transfermarkt.de/de/verein/8031/pfc-neftchi-baku/uebersicht/startseite.html
0