“Vorskla” Belkeviçdən imtina etdi
24.12.2008 - 12:25
“Vorskla” Belkeviçdən imtina etdi
Bakının “İnter” klubunun belaruslu yarımmüdafiəçisi Valentin Belkeviç daha bir Ukrayna təmsilçisindən “yox” cavabı alıb. Apasport.az saytının məlumatına görə, orta sahə oyunçusu axtarışında olan “Vorskla” klubunun ətrafında bu mövqedə çıxış edən bir neçə futbolçunun adı hallanır. Bu mənada 35 yaşlı Belkeviç də namizədlər arasında daxil edilib. Ancaq sonda məlum olub ki, “Vorskla” bu təcrübəli futbolçunu transfer planına daxil etməyib. Bununla da Valentinin Kiyevin “Arsenal” klubundan sonra daha bir Ukrayna təmsilçinə keçidi təkzib olunub.

Qeyd edək ki, “Vorskla” Azərbaycanda çıxış edən futbolçunun gedişindən sonra yarımmüdafiədə yaranan boşluğu aradan qaldırmaq çalışır. Bu, 2005/06 mövsümündə Ağdamın “Qarabağ” klubunda oynamış Sergey Kravçenkodur. Artıq Ukrayna milli komandasına da cəlb olunan 25 yaşlı yarımmüdafiəçi Kiyev “Dinamo”suna keçib.
0