Cahangir Həsənzadə: “Qəbələ” məndən 20 min dollar istəyir
24.12.2008 - 13:00
Cahangir Həsənzadə: “Qəbələ” məndən 20 min dollar istəyir
“Türkiyəli agentim mənə yeni klub axtarır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

Yayda “İnter” klubundan “Qəbələ”yə keçən 29 yaşlı futbolçu qış fasiləsində transferə çıxarılıb. Rəhbərliyin qərarını normal qarşılayan Cahangir ölkədən kənarda çıxış etməyə özünü hazır sayır: “Fiziki hazırlığımı qənaətbəxş sayıram. Psixoloji durumum da pis deyil. Hər halda, stress keçirmirəm. Azərbaycan klubundan biri ilə söhbətim olub. Ancaq bu, əlverişli olmadığı üçün arxa plana keçirdim. Bununla belə, klublarımızın birinə keçmək variantı gündəmdə qalır”.

Həsənzadə transferə çıxarılsa da, başqa komandaya sərbəst şəkildə keçə bilməz. Buna səbəb onun “Qəbələ” ilə müqaviləsinin müddətinin başa çatmamasıdır: “Müqaviləm olduğu üçün transferimə görə pul istəyirlər. Bu, təxminən 20 min dollardır. Bu məbləği mənim, yoxsa yeni klubumun ödəməli olduğu hələ danışılmayıb”.
0