Oğrular Ronaldinyonun villasını qarət etdilər
24.12.2008 - 14:49
Oğrular Ronaldinyonun villasını qarət etdilər
“Milan” klubunun braziliyalı futbolçusu Ronaldinyonun evi qarət olunub. Apasport.az saytının məlumatına görə, hadisə dekabrın 22-dən 23-nə keçən gecə baş verib. Nəticədə oğrular evdən zinət əşyaları və qiymətli saatlar götürüblər.

Hüquq-mühafizə orqanlarının araşdırmalarına əsasən, Ronaldinyonun Milan şəhərinin 45 km-liyində yerləşən Vereze əyalətindəki villasına 4 oğru basqın edib. Onlar villaya hamam pəncərəsindən giriblər. Həmin vaxt Ronaldinyo, onun qardaşı və xidmətçisi Braziliyada olublar. Bu fürsətdən yararlanan oğrular villanın təhlükəsizlik sistemini söndürərək, əməliyyata başlayıblar. Yalnız mühafizəçilərin duyuq düşməsini biləndən sonra oğrular evi tərk ediblər.

Ronaldinyoya dəyən ziyanın məbləği dəqiq bilinmir. Ancaq oğrular 28 yaşlı futbolçuya 2004-cü ildə FİFA tərəfindən verilmiş “Qızıl top” mükafatı, həmçinin medallara, idman geyimlərinə toxunmayıblar.
0