“Neftçi”nin futbolçusu Türkiyəyə toya gedib
24.12.2008 - 14:49
“Neftçi”nin futbolçusu Türkiyəyə toya gedib
Türkiyənin “Gənclərbirliyi” klubunun futbolçusu Erkan Özbəy subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, türk oyunçu toy mərasiminə Azərbaycanda çıxış edən həmyerlisini də dəvət edib. Bu, Bakının “Neftçi” klubunun türkiyəli hücumçusu Əli Cansundur. O, Türkiyə yığmasının üzvləri Uğur Boral və Koray Avçı ilə birlikdə futbolçuya dəstək olub. Belə ki, bir müddət əvvəl ciddi zədə alan Erkan toyuna xüsusi dizliklə çıxıb. Dizində qırıqlar olan futbolçunun ayaq üstə durması üçün həkimlərin hazırladığı dizliklə xeyli əziyyət çəkib. Əyləşəcəyi yerə güclə çatan Erkan xanımı ilə rəqs etməkdə də problem yaşayıb.
0