Türkiyə Futbol Federasiyası Berti Foqtsa dəvət göndərib
24.12.2008 - 15:19
Türkiyə Futbol Federasiyası Berti Foqtsa dəvət göndərib
Türkiyə Futbol Federasiyasının (TFF) iki ildən bir təşkil etdiyi Məşqçilərin Beynəlxalq Konqresi gələn ilin yanvarında Antalyada keçiriləcək. Apasport.az saytının məlumatına görə, ayın 12-13-də təşkil olunacaq tədbirdə Fabio Kapello, Luis Araqones və Fatih Terim kimi mütəxəssislər də iştirak edəcək. Onlar 2008-ci il Avropa çempionatını təhlil edəcək. Bundan başqa, müxtəlif mövzuların müzakirə olunacağı konqresdə iştirak etmək üçün 78 ölkənin futbol federasiyasına dəvət göndərilib. Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqts da daxil olmaqla, daha 16 ölkənin yığmasının baş məşqçisi tədbirə fərdi dəvət alıb.
0