Belə futbol turniri olar?
24.12.2008 - 15:49
Belə futbol turniri olar?
Macarıstanın Mezofalva şəhərində qəribə futbol turniri keçirilib. Apasport.az saytının məlumatına görə, saat 19:00-da başlayan yarışın mükafatçıları səhərə yaxın, saat 05:00-da müəyyənləşib.

12 komandanın qatıldığı birinciliyin iştirakçıları iki qrupda mübarizə aparıblar. Hər oyun üçün isə cəmi 16 dəqiqəlik vaxt ayrılıb. Müxtəlif yaş qrupları üzrə futbolçuların qatıldığı turnirin qalibi olan kollektiv əldə etdiyi gəliri xeyriyyə fonduna bağışlayıb.

Qeyd edək ki, bəzi yarış iştirakçıları turnirə hazır vəziyyətdə qatılıblar. Xüsusi ilə də şagirdlər. Amma onlardan bir neçəsi yorğunluq səbəbindən avtobus dayanacaqlarında yuxulayıblar.
0