Ukrayna mətbuatı “Bakı” klubuna sataşdı
24.12.2008 - 16:21
Ukrayna mətbuatı “Bakı” klubuna sataşdı
Ukrayna mətbuatı klubların ən uğursuz legioner hücumçu transferlərinin siyahısını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu ilin yayından “Bakı”da çıxış edən gürcüstanlı futbolçu Georgi Demetradze də ukraynalı klub rəhbərlərinin ən böyük səhvləri sırasında yer alıb. Onun Donetsk “Metallurq”undan Kiyev “Arsenal”ına keçidi ilk “10-luq”da 8-ci yerdədir.

Həmkarlarımız Demetradzenin Azərbaycana keçidinə də toxunub: “Arsenal”a keçid 32 yaşlı futbolçunun karyerası ərzində 12-ci oldu. Son illər Ukrayna – Rusiya – İsrail - Ukrayna marşrutu ilə qastrola çıxan Georgini transfer edənlər nə düşünürmüş? Son 3 ildə cəmi 6 qol vuran hücumçu “Arsenal”da normasını aşdı: o bir mövsümə 3 qol vurdu. Bundan sonra qazanmaq dalınca Azərbaycana getdi. Üstəlik, “Arsenal”ın prezidentinə də xoş olmayan sözlərlə təşəkkür etdi”.

Qeyd edək ki, “Bakı”ya keçdikdən sonra Demetradze Kiyev təmsilçisinin prezidenti Vladimir Rabinoviçin ona borclu qaldığını bildirmişdi.
0