AFFA-nın yeni layihəsi
24.12.2008 - 16:22
AFFA-nın yeni layihəsi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeni layihə hazırlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altında Bakının küçə və məhəllələrində futbol oynayan uşaqların hər birinə toplar hədiyyə olunacaq. Bununla əlaqədar AFFA nümayəndələri küçə və məhəllələrə baş çəkərək, bu layihəni həyata keçirəcək. Dekabrın 26-da saat 10:00-da start veriləcək kompaniya dekabrın 31-i axşam saatlarına qədər davam edəcək.
0