“Rəşad Sadıqovun “Kocaelispor”da oynadığını bilirəm, bəs Ramal Hüseynov hardadır?”
30.01.2009 - 14:12
“Rəşad Sadıqovun “Kocaelispor”da oynadığını bilirəm, bəs Ramal Hüseynov hardadır?”
“Rəşad Sadıqovun “Kocaelispor”a keçməsinə sevindim. Gəlişi ilə komandanın gücünü artırıb”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli futbol mütəxəssisi Rasim Kara deyib.

Azərbaycanda “Xəzər-Lənkəran” və “Qarabağ” klublarının baş məşqçisi olmuş 59 yaşlı çalışdırıcı Rəşad Sadıqovla Ramal Hüseynovun Türkiyənin “Kocaelispor” klubuna keçidinin ürəyincə olduğunu bildirib: “Forma geydiyi ilk matçda “Hacettepe”yə 4:0 hesabı ilə qalib gəldilər. Bu nəticə məni də sevindirdi. Çünki Rəşad kimi yaxşı oyunçu da artıq kocaelililərin heyətində çıxış edir. O, hələ “Kayserispor”da da özünü göstərmişdi. Amma nədənsə oradan ayrıldı. Ramal Hüseynov da Türkiyədədir ki? O, hansı komandada çıxış edir? Ramal da “Kocaelispor”dadırsa, bundan sonra bu komandaya azarkeşlik edəcəyəm. Mən daha çox azərbaycanlı futbolçunun Türkiyədə oynamasını istəyirəm”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ı 54, “Qarabağ”ı 44 oyunda baş məşqçi kimi meydana çıxaran Kara Azərbaycan klubları ilə keçirdiyi matçların ümumi sayına görə əcnəbi məşqçilər arasında rekordçudur.
0