Rusiya – Azərbaycan oyunu ilə bağlı proqram dərc olunub
11.03.2009 - 16:50
Rusiya – Azərbaycan oyunu ilə bağlı proqram dərc olunub
Rusiya Futbol İttifaqı Azərbaycan yığması Moskvada keçirəcəkləri rəsmi oyunla bağlı proqram dərc edib. Apasport.az saytının məlumatına görə, martın 28-də Bakı vaxtı ilə saat 18:00-da “Lujniki” stadionunda başlayacaq görüşlə bağlı sifariş olunan biletlərin qeydiyyatına bu gündən başlanılıb. Bir həftə davam edəcək qeydiyyat prosesinə martın 14-ü və 15-i istirahət günləri daxil deyil.

Bu gün Bakı vaxtı 13:00-dan başlayan qeydiyyat 20:00-da bitəcək. Qalan günlərdə isə bu proses 12:00-dan 20:00-dək davam edəcək. Sifarişlər əlaqə telefonu və şəxsiyyətin adı, soyadı, atasının adı olmadan həyata keçirilmir. Sifarişlər göndərilənin ertəsi günü biletlər qeydiyyata alınacaq və 10 faiz xidmət haqqı ki götürülür.

Qeyd edək ki, bir fiziki şəxs üçün 4-dən artıq bilet satılmır.
0