Valentin Xodukin: İlk qoldan sonra başa düşdüm ki...
11.03.2009 - 18:34
Valentin Xodukin: İlk qoldan sonra başa düşdüm ki...
“Oyunda hesab açıldıqdan sonra başa düşdüm ki, artıq yarımfinalın lap yaxınlığındayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunundakı məğlubiyyətə (1:2) baxmayaraq, yarımfinala yüksələn paytaxt təmsilçisinin çalışdırıcısı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ümumi nəticədən razı qaldığını bildirib: “Xaqani Məmmədovun qolundan sonra rəqibin oyunda dönüş yaradacağı inandırıcı deyildi. Yarımfinala vəsiqəni qazanmaq üçün zaqatalalılar 4 qol vurmalı idi. Bu isə heç də asan məsələ deyil. Heyətimizdə itkilər var idi. Buna baxmayaraq, yaxşı oynadıq. Sevinirəm ki, məğlubiyyətə baxmayaraq yarımfinala çıxdıq”.

Qeyd edək ki, “İnter” “Simurq”la ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi.
0