Roman Pokora: “İnter”ə iki qol vurmaq çox çətindir
11.03.2009 - 18:45
Roman Pokora: “İnter”ə iki qol vurmaq çox çətindir
“İnter” çox güclü komandadır. Belə rəqibə iki qol vurmaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyununda yetirmələrinin “İnter”i 2:1 hesabı ilə məğlub etməsi ukraynalı mütəxəssisə sevinc bəxş etməyib. Pokora minimal fərqli qələbəyə üzüldüyünü oyun sonrası mətbuat konfransında da gizlətməyib: “Biz oyunu ən azı əlavə vaxta aparmaq üçün iki cavabsız qol vurmalı idik. Bu isə heç də asan iş deyil. Düzdür, əzmkar qələbə qazandıq. Lakin yarımfinala vəsiqə qazana bilmədiyimiz üçün bu nəticəyə də kədərlənirik”.

Qeyd edək ki, “İnter” “Simurq”la ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi.
0