Əfsanəvi futbolçunun nişanlısı soyundu - FOTOSESSİYA
07.04.2009 - 13:42
Əfsanəvi futbolçunun nişanlısı soyundu - FOTOSESSİYA
İngiltərə futbolunun əfsanəvi simalarından olan Hari Liniker Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı veteran hücumçunun Dubay səfərinin səbəbkarı onun nişanlısı Daniel Baksdır.

Səfər məhz Baksın təkidi ilə baş tutub. Bu cütlük Hind okeanının sahillərində çimmək üçün Ərəbistan yarımadasını seçiblər.

Maraqlıdır ki, Harinin nişanlısı özündən 18 yaş kiçikdir. Onlar yayda ailə həyatı qurmağı planlaşdırıblar.

Xatırladaq ki, futbolçu karyerasında “Lester”, “Everton”, “Barselona”, “Tottenhem” klublarının şərəfini qorumuş Liniker 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatının bombardiri olub. Hari İngiltərə yığmasının heyətində 6 qol vurmaqla, “Qızıl buts” mükafatına layiq görülüb.
0