Futbol Federasiyası dörd hakimi cəzalandırdı
07.04.2009 - 14:48
Futbol Federasiyası dörd hakimi cəzalandırdı
Bolqarıstan Futbol Federasiyası (BFF) dörd hakimi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qurum referiləri müvəqqəti işdən kənarlaşdırıb. Bu, ölkə çempionatın ötən həftəsonu keçirilən oyunlarında çoxsaylı hakim səhvləri ilə bağlıdır.

BFF-nin Hakimlər Korpusunun sədri Dimo Momirov bu radikal qərardan sonra çətinliklə üzləşdiklərini gizlətməyib: “İndi çətinliklərimiz yaranıb. Çünki kifayət qədər səviyyəli hakimlərimiz yoxdur”.

Qeyd edək ki, bu, Bolqarıstan futbolunda ilk hakim qalmaqalı deyil. Cari mövsümün arxada qalan hissəsində də bir neçə hakim diskvalifikasiya olunub.
0