“Olimpik”in qalmaqallı qolu rekord vurdu
07.04.2009 - 16:31
Azərbaycan Premyer Liqasının XX turu üç qapıçının “quru” seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Xalidu Sissoko, Rauf Mehdiyev və Hüseyn Məhəmmədov “üçlüy”ü XV turdan sonra qapısında qol görməmişdi.
Son 4 matçda qol buraxmayan Məhəmmədovun seriyası daha acınacaqlı şəkildə bitib. Belə ki, onun kapitanlıq etdiyi “Standard” “Xəzər-Lənkəran”la səfər matçında öz qapısından 4 cavabsız qol buraxıb. Hüseynə ilk qolu vuran Junior Osvaldo qapıçının seriyasını 374-cü dəqiqədə dayandırıb.
Sissoko ilə Mehdiyevin “sonu” isə eyni oyunda başa çatıb. “Olimpik” - “Bakı” qarşılaşmasında hesabı açan Əhməd Ticani meydan sahiblərinin qapıçısının 438 dəqiqəlik seriyasını qırıb. Bərabərlik qolunun müəllifi olan Junivan Suares isə Sissokonun daha uzun - 546 dəqiqəlik seriyasını dayandırıb. Böyük müzakirələrə və qalmaqala səbəb olan braziliyalının qolu həm də mövsümün rekordunu rəsmiləşdirib. Belə ki, Sissokonun 546 dəqiqəlik “quru” seriyası cari mövsümün ən yaxşı nəticəsidir. Seneqallı qapıçıyadək yalnız Vladimir Miçoviç “500” həddini aşmışdı – 521 dəqiqə.
Daha bir qapıçı isə “1000”i ötən tur yarılaya bilib. “Standard”la da matçda qapısının toxunulmazlığını qoruyan Dmitri Kramarenkonu artıq 508 dəqiqədir ki, heç kim məyus edə bilmir. Sonuncu dəfə ötən il - XII turun “Qarabağ”la matçında qapısında qol görən təcrübəli əlcək sahibi həftəsonu mövsümün rekordçusu ola bilər. Bunun üçün o “Neftçi” ilə görüşdə uğurlu çıxış etməlidir.

0
0