“Barselona” azarkeşi suda boğuldu
14.05.2009 - 15:40
“Barselona” azarkeşi suda boğuldu
“Barselona”nın İspaniya kubokunu qazanması bir azarkeşin həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin azarkeşi doğma komandasının qələbəsini bayram edərkən suda boğulub. Jirona şəhərinin polisinin məlumatına əsasən, həmin 35 yaşlı şəxs Onyar çayına yıxılaraq, boğulub.

Barselonada komandanın qələbəsinin bayram edilməsi qarışıqlıqla nəticələnib. Şəhərin mərkəzində təxminən 40 min adan yığışıb. 300 nəfər isə polis maşınlarına butulka, banka və digər əşyalar atıblar. Ardından fanatlar digər azarkeşlərə tərəf əşyalar atmağa başlayıb. Bundan sonra polislər bu qarışıqlığı aradan qaldırmağa cəhd edib. Nəticədə 109 nəfər, o cümlədən 39 polis zabiti xəsarət alıb. Ancaq heç kim ciddi xəsarət almayıb.

Qeyd edək ki, “Barselona” ölkə kubokunun finalında Bilbaonun “Atletik” klubu üzərində 4:1 hesablı qələbə qazanıb.
0