Mübariz Mənsimov “Fənərbaxça” və “Beşiktaş”a futbolçu göndərir
14.05.2009 - 16:00
Mübariz Mənsimov “Fənərbaxça” və “Beşiktaş”a  futbolçu göndərir
“Xəzər-Lənkəran”ın aşağı yaş qrupları üzrə komandalarının üç üzvü futbol təhsilini davam etdirmək üçün Türkiyəyə yollanıblar. Apasport.az saytının məlumatına görə, 1994-cü il təvəllüdlü Samir Əhmədov və Fikrət Ulduzlu ilə yanaşı, 1993-cü il təvəllüdlü Vurğun Fərəczadə qarşıdakı bir neçə ili məşhur “Fənərbaxça” klubunun müvafiq yaş qrupu üzrə komandasının heyətində keçirəcəklər. Yaxın zamanlarda komandamızın heyətində yer alan daha üç ən istedadlı futbolçu İstanbulun digər nəhəngi – “Beşiktaş”ın futbol akademiyasında səviyyələrini artırmağa çalışacaqlar.

Altı yeniyetmə futbolçumuzun Türkiyənin aparıcı klublarının aşağı yaş qrupları üzrə komandalarına yollanması “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun şəxsi təşəbbüsü nəticəsində baş tutub.
0