Fatih Terimi kim əvəzləyəcək?
14.05.2009 - 23:16
Türkiyə yığmasının baş məşqçisi postunda birdən-birə iki mütəxəssis yer ala bilər. Apasport.az saytının məlumatına görə, Fatih Terim gedəcəyi halda, onu Bülənt Uyğun - Hakan Şükür cütlüyünün əvəzləyəcəyi deyilir.
Türkiyə Futbol Federasiyasının (TFF) “İmperator” ləqəbli 56 yaşlı mütəxəssislə yollarını ayıracağı zaman B planını hazırladığı önə sürülüb. Burada iki mütəxəssisin birgə əməkdaşlığı qeydə olunur. Uyğun “Sivasspor”da uğurlu çıxışı ilə diqqət çəkir və onun komandası Superliqada liderdir. Məhz Sivas təmsilçisi sona üç tur qalmış çempionluğa ən real namizəd sayılır. Hakan Şükür isə “Qalatatasaray”ı tərk edəndən sonra, ümumiyyətlə futboldan gedib. 38 yaşlı veteran hücumçu 124 dəfə çıxış etdiyi milli komandasında vurduğu 51 qolla bombardirdir.
Uyğunla Şükürün birgə baş məşqçi postuna gətirilməsi müzakirə olunsa da, TFF-nin prezidenti Mahmud Özgener buna belə münasibət bildirib: “Bu tip mövzuları qarşımıza gətirməyin. Nə bir arayışımız, nə də Fatih hoca ilə yolları ayırmaq kimi düşüncəmiz var”.
Özgener konkret danışmaqdan boyun qaçırsa da, Terimlə münasibətlərinin soyuq olması deyilir. Təsadüfi deyil ki, Fatih hoca TFF-nin Adanada keçirdiyi açılış mərasiminə dəvət olunsa da, gəlməyib. Terim həm yığma, həm də klubda çalışmaq istəsə də, Özgener bu varianta razı deyil. Təcrübəli mütəxəssis ölkədən kənardan gələn təkliflər arasında seçim edəcəyi gözlənilir. Terim İspaniyanın “Sevilya” və Yunanıstanın “Olimpiakos” klublarının gündəmindədir.
Qeyd edək ki, milli komandamız iyunun 2-də Kayseri şəhərində Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirəcək. Terimin həmin müddətə qədər TFF prezidenti ilə görüşüb, qərarını verəcəyini gözlənilir.

0
0