“Bwin” Azərbaycan yığmasına inanmır
02.06.2009 - 15:23
“Bwin” Azərbaycan yığmasına inanmır
Məşhur “Bwin” kontoru iyunun əvvəlində yığmaların iştirakı ilə keçiriləcək oyunlara pul qoyuluşu əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatıma görə, bukmekerlər bu gün Türkiyə ilə görüşəcək Azərbaycan milli komandasını şanssız sayır.

Onların fikrincə, Kayserinin “Kadir Has” stadionunda keçiriləcək görüşün favoriti meydan sahibləridir. Türkiyə yığmasının qələbəsinin əmsalı 1,20-dir ki, bu da komandalar arasında səviyyə fərqinin göstəricisidir. Azərbaycan yığmasının uduzmamağını sensasiya sayan kontora pul qoyanlar heç-heçə təqdirində bunu düzgün taparsa, 6 qat zənginləşəcək. Yığmamızın qələbəsinin əmsalı isə 10-a bərabərdir.
0