“Simurq” da sələflərinin yolu ilə getdi
03.07.2009 - 14:57
“Simurq” avrokuboklarda debüt edən 16-cı Azərbaycan komandası oldu. Apasport.az saytının hesablamalarına görə, ukraynalı Roman Pokoranın çalışdırdığı klub da uğursuzluq ənənəsini davam etdirdi.
Belə ki, avrokuboklarda debüt oyunlarını keçirən komandalarımız əksər vaxt uduzurlar. Özü də bu 14 məğlubiyyətdən düz yarısı, yəni 7-si böyük hesablı olub. Avrokuboklarda ən böyük hesablı məğlubiyyətimiz olan 0:9 da bunlar sırasındadır. Tərtib etdiyimiz siyahıda 18 komandanın iştirakı ilə oyunun göstərilməsi sizləri çaşdırmasın. Məsələ ondadır ki, “Bakı” “Dinamo”nun, “Xəzər Universiteti” “İnter”in varisi olub. Yəni bu paytaxt təmsilçiləri başqa adla da qitə miqyaslı turnirdə “siftə edib”lər.
“Xəzər Universiteti” ilə “İnter” hər iki adda debütdə uduzmayıb. Düzdür, “tələbələr” Böyükağa Ağayevin rəhbərliyi altında 5 il öncə İntertoto kubokunda Avstriyanın “Bregens” klubuna böyük hesabla (0:4) yenilmişdi. Ancaq sonradan UEFA rəqibimizdə “lipa” futbolçu tapdığı üçün komandamıza texniki qələbə (3:0) verildi. Komanda “İnter” adını daşıyandan sonra isə Çempionlar Liqasında debütdə uduzmadı – 0:0.
“Dinamo”dan fərqli, “Bakı”nın avrokuboklarda debütü uğurlu olub. Komanda hər iki ad altında UEFA kubokunda çıxış edib və qitə miqyaslı turnirə qələbə (1:0) ilə başlayıb.
Qeyd edək ki, avrokuboklar iştirakçılarımız daha çox əyalət təmsilçiləri olub və “Simurq” da bu 9 komanda arasındadır. Qalan 8-i Turanın “Turan”, Gəncənin “Kəpəz”, Ağdamın “Qarabağ”, Masallının “Viləş”, Yevlaxın “Karvan”, Lənkəranın “Xəzər-Lənkəran”, İmişlinin “MKT-Araz” və Şəmkirin eyni adlı klubudur.
1994-cü il, UEFA kuboku
İstanbul. “Fənərbaxça” (Türkiyə) – “Turan” (Tovuz, Azərbaycan) – 5:0
1995-ci il, UEFA kuboku
Sumqayıt. “Kəpəz” (Gəncə, Azərbaycan) – “Austriya-Memfis” (Avstriya) – 0:4
1995-ci il, Kuboklar Kuboku
Nikosiya. “Apoel” (Kipr) – “Neftçi” (Bakı, Azərbaycan) – 3:0
1996-cı il, UEFA kuboku
Krakov. “Qutnik” (Polşa) – “Xəzri” (Buzovna, Azərbaycan) – 9:0
1997-ci il, Kuboklar Kuboku
Bakı. “Qarabağ” (Ağdam, Azərbaycan) – “MüPa-47” – 0:1
1998-ci il, İntertoto kuboku
Kaunas. “İnkaras” (Litva) – “Bakı fəhləsi” (Maştağa, Azərbaycan) – 1:0
1998-ci il, UEFA kuboku
Piteşti. “Arceş” (Rumıniya) – “Dinamo” (Bakı, Azərbaycan) – 5:1
1999-cu il, UEFA kuboku
Krivoy-Roq. “Krivbass (Ukrayna) - “Şəmkir (Azərbaycan) - 3:0
2000-ci il, İntertoto kuboku
Vidzev. “Zaqlembe” (Polşa) – “Viləş” (Masallı, Azərbaycan) – 4:0
2001-ci il, UEFA kuboku
Lüblyana. “Olimpiya” (Sloveniya) – “Şəfa” (Bakı, Azərbaycan) – 4:0
2004-cü il, İntertoto kuboku
Bregens. “Bregens” (Avstriya) – “Xəzər Universiteti” (Bakı, Azərbaycan) - -:+
2005-ci il, İntertoto kuboku
Bakı. “Karvan” (Yevlax, Azərbaycan) – “Lex” (Polşa) – 1:2
2005-ci il, UEFA kuboku
Bakı. “Bakı” (Azərbaycan) – “Jilina” (Slovakiya) – 1:0
2005-ci il, UEFA kuboku
Kişinyov. “Nistru” (Moldova) – “Xəzər-Lənkəran” (Azərbaycan) – 3:1
2006-cı il, İntertoto kuboku
İmişli. “MKT-Araz” (İmişli, Azərbaycan) – “Daçiya” (Moldova) – 1:0
2008-ci il, Çempionlar Liqası
Bakı. “İnter” (Bakı, Azərbaycan) – “Rabotniçki” (Makedoniya) – 0:0
2008-ci il, UEFA kuboku
Novı Sad. “Voyvodina” (Serbiya) – “Olimpik” (Bakı, Azərbaycan) – 1:0
2009-cu il, Avroliqa
Bakı. “Simurq” (Zaqatala, Azərbaycan) – “Bney Yehuda” (İsrail) – 0:1

0
0