“Futbolumuz elə xəstəliyə tutulub ki...”
25.07.2009 - 19:38
“Futbolumuz elə xəstəliyə tutulub ki...”
Millət vəkili Fazil Qəzənfəroğlunun apasport.az saytına müsahibəsi

- Futbolla nə vaxtdan maraqlanırsınız?
- Özümü dərk edəndən futbola maraq göstərmişəm. Orta məktəbin ilk illərindən futbolun xəstəsi sayıla bilərəm. Günün 12 saatını futbol oynayardım. Yorğunluq nədir bilmirdim. O vaxtkı həvəs elə indiyədək canımda qalıb. Nəinki tələbəlik illərində, hətta hərbi xidmətdə Daxili Qoşunların komandasında Ukraynanın Kiyev vilayətinin çempionatında oynamışam. Maraqlısı odur ki, komandamızda Kiyev “Dinamo”sunun əvəzedici heyətində çıxış edən tanınmış futbolçular vardı. Həmin oyunda 3:1 hesablı qələbə qazanıb yarışın qalibi olduq. Qolların hər üçünü də mən vurmuşam. Amma gözəl ötürmələrdən sonra. Tələbəlik illərində də Unversitet yığma komandasının beş il əvəzedilməz hücumçusu olmuşam. Unversitetlər arasında tələbəlrin respublika birinciliyində komandamız həmişə ikinci yeri tutub. Finalda Bədən Tərbiyəsi komandasına uduzmuşuq.

- Bəs futbolun arxasınca niyə getmədiniz?
- Elə hərdən o illəri xatırlayıram. Bu günlə o vaxtı müqayisə edəndə görürəm ki, şərtlər tam fərqlidir. Normal stadionunun və məşqlər keçmək üçün meydançaların olmaması ilə bağlayıram. Onda tozun-torpağın, asfaltın üstündə yıxıla-yıxıla ayaqlar qan içində ola-ola oynayırdıq. Uzun müddət davam etdirmək olmazıdı. İkinci də valideynlərimin münasibəti həlledici rol oynadı. Elmə marağımın çox idi və futbolçu olmağımı özümdə stimullaşdıra bilmədim. Valideynlərimi də inandıra bilməzdim ki, futbola həvəsim daha çoxdur. Peşəkar kimi futbolun arxasınca getməsəm də, həvəskar kimi yarışlarda iştirak etmişəm. 1980-cı ildə Moskvada Olimpiada keçirildi. Məhz yay olimpiya oyunlarına görə komandamızın adını “Moskva-80” qoymuşduq. Dəri top kuboku uğrunda yarışlarda da top da vurmuşam. Valideynlərim meyl göstərmədi ki, bu kursu davam etdirim.

- Övladınız futbolçu olmaq istəsə, buna razılıq verərdiniz?
- Əlbəttə. Təki onun istəyi və marağı olsun. Baxmayaraq ki, o vaxt valideynlərimin futbola marağı olmasa da mənim qarşımı ciddi sədlə almayıblar. Bəlkə özümdə cəsarət atsaydım futbolun arxasınca düşə bilərdim. Görünür, daha çox meylim bu biri sahəyə yönəlib. Əgər övladım peşəkar utbolu seçərsə, onun qarşısını almaq qüvvəsində deyiləm. Valeybol, basketbol və ya futbola maraq göstərərsə maneçilik törətmərəm. Açığı mən bir hüquqşünas olaraq, insanın azad seçim etməsinə müsbət baxıram. Əgər övladım futbola üstünlük verərsə, onun seçiminə hörmətlə yanaşaram.

- Bir azarkeş kimi çempionatın səviyyəsi sizi qane edırmi?
- Rəqabət elə də güclü deyil. 3-4 komandanın çempionluq uğrunda mübarizə aparması çempionatın səviyyəsinin aşağı olmasını göstərir. Maliyyəsi yüksək olmayan ortabab komandalar güclülərlə ayaqlaşa bilmir. Ölkə çempionatının oyunlarını izləyirəm. Maraqlı oyunları barmaqla saymaq olar. Bəzən iddialı komandaların da qarşılaşmasında sönük oyun görürük. Adətən “Neftçi” və “Xəzər-Lənkəran” qarşılaşması ölkə çempionatına rəng qatır. Burda da azarkeş faktoru böyük rol oynayır. Matçdan əvvəl tamaşaçı baxımından yaxşı təşkilatlanması və komandaların matça ciddi hazırlaşması oyunun gərgiliyini daha da artırır. Əfsuslar olsun ki, çempionatda belə oyunlara nadir hallarda rast gəlinir. Azərbaycanda çempion olmaq və kuboku qazanmaq hələ hər şey demək deyil. Çempionatın səviyyəsi və klublarımızın əsl gücü qitəmiqyaslı yarışlarda üzə çıxır. Bu vaxta qədər hansı komandamız avrokuboklarda iki mərhələ keçib? Bu da onu göstərir ki, klublarda işlər düzgün aparılmır. Yəni klublarda peşəkarlıq çatışmır. Ölkədə çempion olmaqla görüntü xarakteri yaratmaq futbolmuzun inkişafı demək deyil. Bu daha da klubları uçuruma aparır. Futbolumuz elə xəstəliyə tutulub ki, ağrıkəsici dərmanlarla sağaltmağa çalışırlar. Həmin ağrılar getdikcə şiddətlənir və nəticədə sağalmaz yaraya çevrilir. Klubları ayrı-ayrılıqda iş adamldarını tapşırmaq düzgün deyil. Mənə elə gəlir ki, klublara rəhbərlik edən şəxslərin buna öz istəyi olmalıdr. Həmin insanın içindən futbola hədsiz maraqı olmalıdır. Onda komandalrda işlər düzgün qurular və koolektivdə peşəkar mütəxəssislər yer alarlar.

- Cari mövsüm elitada 12 komanda mübarizə aparacaq. İştirakçılarının sayının azalmasına necə baxırsınız?
- Bunun hardasa xeyri dəyə bilər. Bir neçə komandanı çıxmaq şərtilə digərləri maliyyə baxımından çətinlik çəkir. Hətta bildiyimə görə bəzi komandalar futbolçuların əmək haqqlarnı vaxtında ödəyə bilmirlər. Belə klubların yüksək dəstədə nə işi var? Əgər bir komanda ki, futbolçunun meydanda çəkdiyi əziyyətinin qarşılığnı verə bilmirsə, ondan nə oyun gözləyəsən? Və ya hansı rəqabətdən söhbət gedə bilər? Premyer Liqada 8 və ya 10 komanda mübarizə aparmaq iqtidarındadırsa, mavliyyə imkanları olmayan klubların elitada iştirak etməsi sadəcə say çoxluğu ilə görüntü yaratmaqdan başqa bir şey deyil. Futbolumuzun inkişaf etməsini istəyiriksə, belə komandalar yüksək dəstəyə buraxılmamalıdırlar.

- Çempionatda iştirak edən komandaların əksəriyyəti paytaxtı təmsil edir. Sizə elə gəlmirmi futbolu regionlara daşımaq lazımdır?
- Sözsüz ki, futbolun inkişafı yolu bölgələrdən başlayır. Bu gün respublikamızın aparıcı regionları Gəncə, Sumqayıt, Mingəçevir və Şəmkirdə futbolsuz qalıb. Yəni güclülər dəstəsində bu rayonları komanda təmsil etmir. Halbuki vaxtı ilə sözügedən bölgələrdən çıxan futbolçular SSRİ çempionatında “Neftçi”nin şərəfini qoruyublar. AFFA rəhbərliyi futbolun regionlara daşınması üçün əlindən gələni edir. Məsələn «Qarabağ»ın Quzanlıda oynaması çox müsbət addımdır. Futbolu bölgələrə daşımaq vacibdir. Heç kəs daxildən gələn istyini ortaya qoymasa, futbol inkişaf etməyəcək. Bizdə yerli iş adamlarına işləməyə imkan verməlidirlər. Həmin şəxslərin qarşısına elə tələblər qoyurlar ki, o futbola girə biləcək qədər gücdə olmur.

- İmkanınız olsaydı, Azərbaycanda klub yaradardınız?
- Xeyr. Çünki bizdə kənardan təzyiqlər olur. Digər sahələrdə olduğu kimi futbolda da bu sahəyə kömək etmək istəyən şəxslərin qarşısını yerli icra orqanları almağa çalışır. Deyə bilərəm ki, regionlarda stadion tikmək istəyən klub rəhbərləri problemlə üzləşirlər. Bizdə yerli iş adamlarına işləməyə imkan verməlidirlər. Həmin şəxslərin qarşısına elə tələblər qoyurlar ki, o futbola girə biləcək qədər gücdə olmur. Yerlərdə buna imkan verməsələr, heç kim «Şəmkir» və yaxud Tovuzda «Turan»ın oyununa pula baxmayacaq. İnzibati rususlarla bunu həyata keçirmək gözə kül üfürmək kimi bir şeydir. Mən klublara milyonlarla xərcə çəkən iş adamlarına qibtə edirəm. Onlar əsl qəhrəmandırlar.

- Berti Foqtsun gəlişi mllli komandada də heç nəyi dəyişmədi. Əksinə komandamız seçmə mərhələdə uğursuz çıxış edir. Belədə alman mütəxəssisə nə ehtiyac vardı?
- İndiki halda yığmadan uğur gözləmək tezdir. Berti Foqts təcrübəli mütəxəssisdir onu dünyada yaxşı tanıyırlar. Almaniya yığmasını Avropa çempionu edib. Sözsüz ki, onda almanların güclü heyəti vardı. Amma məşqçi işi də öz sözünü dedi. Ona vaxt vermək lazımdır. Məni bir azarkeş kimi bu narahat etmir. Yığma komandada legionerlərə üstünlük verilməsinin əleyhinəyəm. Onsuz da qol vura bilmirik. Belədirsə, millidə niyə görə legioner cəlb olunmaldır? Ən yaxşısı odur ki, yerlilər oynasın. Ümumiyyətlə, yığmaya perspektivli gənc oyunçular cəlb olunmalıdır. Hardasa bir neçə ildən sonra onlar komandada yer alacaqlar. Belə oyunçular indi təcrübə toplamalıdırlar ki, gələcəkdə güclü komandalara qarşı oynayanda çətinlik çəkməsinlər. Ola bilsin ki, yaxın gələcəkdə almaniyalı mütəxəssis gənclərə üstünlük versin. Hər halda, alman mütəxəssisə vaxt vermək lazımdır.

- AFFA rəhbəri Rövnəq Abdullayev də millət vəkilidir. Futbolun inkişafı bağlı federasiya rəhbəri ilə heç söhbətiniz olubmu?
- Milli məclisin komandası var. Futbolla maraqlanın həmkarlarım bu komandada yer alırlar. Adətən olmasa da, vaxt tapanda yığışıb futbol oynayıırıq. Bəzən AFFA rəhbəri Rövnəq Abdullayev də oyunlarımızı izləyir. Belə yığınsaqlarda federasiya rəhbəri ilə futbola bağlı müzakirələrimiz olur. O da istəyir ki, futbolumuz inkişaf etsin. Yığma komanda və klublarımızın beynəlxalq arenada yüksək nəticələr göstərsin üçün federasiya rəhbəri əlindən gələni etməyə hazırdır. Amma uğura bir-iki nəfərin istəyi ilə çatmaq çətindir. Bunu birlikdə həyata keçirməliyik. Hərə bir tərəfə çəksə futbolumuz un inkişafından danışmağa dəyməz. İlk növbədə uşaq futboluna investisiya qoyulmalıdır. Yığma komandamızın gələcəkdə uğurlu nəticə göstərməsi yeni nəsilin yetişməsindən asılıdır.

- Milli Məclisin komandası ilə yığmamızı necə müqayisə edərdiniz?
- Bizim komandada legioner yoxdur. «Neftçi»nin veteran oyunçularından bir neçəsi bizim komanda oynayanda kömək edir. Xarici səfərlərimiz olur. Bu yaxınlarda Rumıniyaya getməli idik. Orada həmin ölkənin millət vəkilləri ilə yoldaşlıq oyunu keçirəcəkik. Amma müəyyən səbəblər üzündən səfərimiz baş tutmadı. AFFA rəhbəri Rövnəq Abdullayev komandamızın oyunundan razıdır. Bizim komanda beynəlxalq arenaya çıxsa, bəlkə də ən yaxşı nəticələrdən birini göstərərdi.

- Ölkə çempionatında hansı komandaya azarkeşlik edirsiz?
- Hələ keçmiş sovetlər birlyindən hamımızın qəlbini «Neftçi» fəth edib. O vaxtdan bu komandaya olan sevgim dəyişməyib. Cari mövsüm «Neftçi» mükafatçılar sırasında yer almasa da, «Neftçi» hər zaman «Neftçi»dir. Özü də oyununu tutanda bəzən güclü komandalara da qalib gəlir. Bir azarkeş kimi «Bakı» klubunun da öz yeri var. Bu komandada çoxlu dostğlarım var. «Bakı» mövsümü qızıl medallarla başa vurdu. Həqiqətən də onlar bu il çempionluğa layiq idilər. Həm heyət həm də oyun baxımından «Bakı» əsas rəqiblərindən seçilirdi.
0